CƏMİYYƏT
Narkotik vasitə daşımaqda şübhəli bilinən şəxslərlə bağlı araşdırmalar aparılır
Bakı, 6 mart, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanılıb. Şəxsi axtarış zamanı onda 385 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.