CƏMİYYƏT
Narkotik vasitə ilə tutulmuş keçmiş məhkumun digər cinayət əməlləri törətdiyi üzə çıxıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Narkotik maddə ilə tutulmuş keçmiş məhkumun digər cinayət əməlləri ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Talıbovun barəsində Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşlarının apardıqları tədbirlər nəticəsində onun sentyabrın 7-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 23 ədəd yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlığı, oktyabrın 9-da isə “Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi İstehsalat Müəssisəsi” MMC-yə məxsus yeməkxanadan 2400 manat dəyərində 15 ədəd pəncərəni oğurlaması da müəyyənləşib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.