REGİONLAR


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı və Lənkəran sakinləri saxlanılıblar

Masallı, 29 iyun, Bağır Əliyev, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı və Lənkəran sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kəndinin sakini Fərid Abbasov saxlanılıb. Onun üzərindən bir bükümdə narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla F.Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kəndinin sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan bir bağlamada çəkisi 3 kiloqram 145 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 1 bükümdə 8 qram heroin və 1 bükülüdə 5,5 qram psixotrop maddə - metamfetemin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbəsinin sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib.

Saxlanılan H.Rəfiyevin üzərindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.