REGİONLAR


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Gəncə, 21 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xanqərvənd kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Arzu Qasımov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən qanunsuz yolla satış məqsədilə əldə edib saxladığı 2,2 qram qurudulmuş marixuana, həmçinin 1,540 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs həmin narkotik vasitəni Xanqərvənd kəndi ərazisində gizlətdiyini və şəxsi istifadəsi üçün yaşadığı ünvana aparmaq istədiyini deyib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.