CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub
Bakı, 21 yanvar, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Qax rayonunun Qaxingiloy kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Fuad Mustafazadə tutularaq istintaqa təqdim olunub. Axtarış zamanı ondan 33 qram qurudulmuş marixuana və pnevmatik tapança aşkarlanıb. Onun şəhər ərazisində gizlətdiyi 435 qram qurudulmuş marixuana da aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.