CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 15 iyul, AZƏRTAC

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında keçirilmiş tədbirlərlə heroin və metamfetaminin dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunan Mahir Qocayev və Vahid Qədimov saxlanılıblar.

M.Qocayevin üzərindən heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.