CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir

Bakı, 1 iyun, AZƏRTAC 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Bədəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə sərnişini Soğanverdilər kənd sakini, əvvəllər məhkum olunmuş İ.Bədəlovla birgə Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kətəlparaq kəndi ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı Q.Bədəlovdan və İ.Bədəlovdan ümumilikdə 12 qrama yaxın, avtomobildən isə 590 qrama yaxın marixuana aşkar edilib.

İ.Bədəlovun evindən isə 855 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.