CƏMİYYƏT
Narkotik vasitələrin satışını təşkil edən 6 nəfər saxlanıldı VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üstündə qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən bir kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Üstündə qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində tutularaq istintaqa təqdim olunub. Onun üstünə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.