CƏMİYYƏT


Narkotik vasitəni satmaq istəyən şəxs saxlanılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonunda keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.

Araşdırmalar nəticəsində onun əvvəllər də məhkum edilmiş, Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu müəyyənləşib.

N.Əsədullayevin satmaq istədiyi narkotik vasitənin çəkisi bir kiloqramdan çox tiryək olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.