CƏMİYYƏT


Narkotik vasitənin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 16 iyul, AZƏRTAC

Narkotik vasitənin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan vətəndaşları Rəsulov Elburus Seyfəli oğlu və onun həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İrandan ölkəmizə gələrkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılaraq onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. E.Ağayevanın üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində “F/M40” yazısı olan 330 ədəd “metadon” adlı həblər aşkar edilib. Fakt üzrə ilkin araşdırma zamanı E.Ağayeva həmin həblərin onunla birlikdə İrandan gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda, E.Rəsulov onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.