CƏMİYYƏT


Narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 11 may, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Doha-Bakı aviareysi ilə gələn Braziliya vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən monitorda şübhəli əşyaların təsviri görünüb. Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib. Nəticədə qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib. Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.