CƏMİYYƏT


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs barədə qanunvericiliyə uyğun tədbirlər görülüb

Bakı, 15 avqust, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci taqımının əməkdaşları bu il avqustun 8-də xidmət apardıqları stasionar postda “Range Rover” markalı avtomobil sahibinin məhdudlaşdırılmış sürücülük vəsiqəsi ilə onu idarə etməsinə görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.

İdarədən AZƏRTAC-a bildirib ki, müayinə zamanı 1991-ci il təvəllüdlü, Göygöl rayonunda qeydiyyatda olan Elvin Abdullayevin həmin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub. Onun barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla yanaşı, saxlanılan nəqliyyat vasitəsində sərnişin qismində gedən avtomobilin sahibi, Gəncə şəhər sakini Kənan Qurbanovun, eləcə də onun həmyerliləri Orxan Bağırov və Seymur Cəfərovun hərəkətləri və zahiri görkəmləri şübhə doğurduğu üçün əraziyə çağırılmış Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə onların üzərilərinə baxış keçirilib. Baxış zamanı Kənan Qurbanovun üzərindən küllü miqdarda psixotrop maddəyə bənzər kütlə aşkarlanaraq araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.