CƏMİYYƏT


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Bakı, 30 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları sentyabrın 25-də “VAZ 2103” markalı 10-HM-947 dövlət qeydiyyat nişanlı avtomobili ödənilməyən cərimə borclarına görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müayinə zamanı 1986-cı il təvəllüdlü, Astara rayonunda qeydiyyatda olan Asif Cabbarovun həmin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

A.Cabbarov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Cabbarov nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.