CƏMİYYƏT


Narkotik vasitənin təsiri altında olan sürücünün yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı araşdırmalar aparılır

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı iki avtomobili vurub qaçmaq istəyərkən 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ə.Xanmirzəyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.