CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Yasamal rayonu ərazisində saxlanılıb

Bakı, 2 iyun, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədovun yaşadığı mənzilə baxış zamanı 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 metadon həbi və 2 elektron tərəzi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 97 qramdan artıq heroin, 102 qrama yaxın metamfetamin və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.