CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar şəhər sakini saxlanılıb

Bakı, 20 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunan X.Qurbanov Xətai rayonu ərazisində saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı X.Qurbanovdan 105 qram heroin, kirayədə yaşadığı mənzildən 990 qram heroin və 2 ədəd elektron tərəzi götürülüb. Narkotik maddələrin satışında istifadə olunan 1 ədəd plastik bank kartı da aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.