CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy şəhər sakinindən marixuana götürülüb

Bakı, 3 may, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy şəhər sakini A.Abdullayevdən ümumilikdə 1 kiloqram 142 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev Slavyanka kəndi ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 37 qrama yaxın marixuana aşkar edilib.

Onun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı isə oradan 1 kiloqram 105 qram marixuana götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.