CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinində 1 kiloqramdan çox heroin aşkarlanıb
Bakı, 5 noyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan bir kiloqramdan çox heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.