Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdə iki kiloqramdan çox heroin aşkarlanıb
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.
Axtarış zamanı ondan 1 kiloqramdan çox heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi iki bank kartı aşkarlanıb.
Onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin mətnində orfoqrafik səhv var