CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin avtomobilindən üç kiloqramdan çox marixuana götürülüb
Bakı, 11 yanvar, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı onda 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana və bir elektron tərəzi aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]