CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin digər cinayət əməlləri də müəyyənləşdirilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Onunla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxsin iki evdən 340 manat məbləğində pul və 100 manat dəyərində boyunbağı, bir aptekdən 250 manat dəyərində dörd eynək, C.Mustafayevə məxsus təmir-tikinti aləti, bir həyətyanı sahədən isə iki ədəd velosiped oğurlaması da müəyyənləşdirilib.

Faktla əlaqədar təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.