CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

Bakı, 15 fevral, AZƏRTAC 

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq 43-cü polis bölməsinə təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 331-ci maddəsi ilə məhkum olunan 1992-ci il təvəllüdlü A.M.-dan 1,189 qram heroin aşkarlanaraq götürülüb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ.-dən 0,520 qram heroin, 0,777 qram metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.