CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

Bakı, 17 fevral, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının əvvəlcədən verilən məlumat əsasında rayon ərazisində yaşayan İ.İbrahimovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 kiloqram 285 qram heroin və 40 psixotrop həb aşkarlanaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yenikənd kənd sakini Z.Nağıyev Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.