Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naşa versiya”: Dronun çağırışına 30 minə yaxın erməni səs verdi və nasistlərə qoşuldu

“Naşa versiya”: Dronun çağırışına 30 minə yaxın erməni səs verdi və nasistlərə qoşuldu

Moskva, 31 mart, AZƏRTAC

Rusiyanın jurnalist araşdırmaları sahəsində aparıcı həftəlik nəşrlərinin birində - “Naşa versiya” (əvvəllər “Soverşenno sekretno”) qəzetində “Svastikalı bütlər. Rusiyada nasist cinayətkarlar qəhrəmanlar kimi qələmə verilirmi?” sərlövhəli məqalə dərc olunub.

Məqalədə deyilir: “Rusiya hitlerçilərə və onların əlaltılarına bəraət verilməsi cəhdlərinə qarşı həmişə sərt çıxışlar edib. Lakin belə bir fakt böyük narahatlıq doğurur: bu gün Rusiya KİV-ləri və ölkənin mədəni məkanı cinayətkarları qəhrəmanlar kimi təqdim edən kanala çevrilə bilər. Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın “Literaturnaya qazeta”nın 2014-cü il 17 dekabr tarixli nömrəsində dərc olunmuş müsahibəsini yada salmaq kifayətdir. O, müsahibəsində deyib: “Xalqımızın böyük oğlu Qaregin Njde hesab edirdi ki, “həyatın başlıca qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin təkmilləşdirilməsi vasitəsi olan mübarizədir. Bu mübarizə durmadan ölkənin və xalqın tərəqqisinə can atmaqda ifadə olunur”. Daha əvvəl - 2013-cü ildə Moskvada təntənəli şəkildə həmin bu Qaregin Njde haqqında filmin təqdimatı olub.

Qanlı tarixin başlanğıcı

Ermənistan səfirinin xatırlatdığı Qaregin Njdenin adı, yəqin ki, oxucuların çoxuna tanış deyil.

Qaregin Njde kimi məşhur olan Qaregin Ter-Arutyunyan 1886-cı ildə Naxçıvanda anadan olub. “İnqilabçı”, bir çoxlarının fikrincə isə terrorçu erməni qruplaşmalarının fəaliyyətində iştirak edib. 1917-ci il inqilabından sonra HJde “erməni milli ordusu”nun təşkili ilə məşğul olub, elə burada azərbaycanlılar ilə müharibə törədib. Njdenin və onun tərəfdarlarının Vedibasarda, Şərqi Anadoluda və Naxçıvanda azərbaycanlıların başına gətirdiklərini tam şəkildə qanlı etnik təmizləmə adlandırmaq olar. 1921-ci ildə Ermənistan ”sovetləşdirildikdən” sonra NJde Avropaya gedir. 1933-cü ildə Vaşinqtonda Türkiyə səfirini öldürməyə cəhd göstərir. Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra Njde erməni diasporunda hitlerpərəst “Tseqakron” təşkilatını - çox güman, siyasi partiya, terror təşkilatı və dini sektaya bənzər bir təşkilat yaradıb. Fürerə ehtiramını şəxsən nümayiş etdirmək üçün 1942-ci ildə Berlinə gəlir, sonra vermaxtın nəzdində erməni legionu yaratmağa başlayır. Bu işdə ona general Dro kimi məşhur olan Drastamat Kanayan kömək edir. Avstriyalı tarixçi Erik Fayql öz əsərlərində göstərir ki, Dro 1942-ci ildə Himmler ilə görüşüb. E.Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. İnsanları ölümə göndərmək nə Dronu, nə də Himmleri narahat edirdi. Dronun çağırışına 30 minə qədər erməni səs verdi və nasistlərə qoşuldu”.

“Erməni legionu”nun qanlı tarixi indi yaxşı məlumdur. Onun əsgərləri hitlerçilər tərəfindən işğal edilmiş ərazilərdə yəhudilərin və qaraçıların məhv edilməsi üzrə cəza aksiyalarında iştirak ediblər. Məsələn, 809-cu erməni piyada batalyonu Ukraynaya və Polşaya göndərilib, partizanlar əleyhinə əməliyyatlarda iştirak edib. Batalyonun şəxsi heyəti vermaxtın Ukraynadakı komandanı Hittsinger və Şərq cəbhəsindəki hissələrinin komandanı, general-mayor İlgen tərəfindən təriflənib. General Dronun şərəfinə “Dromedar” adlandırılmış zonderkomandanın fəaliyyəti xüsusi diqqət tələb edir. Zonderkomanda 1942-cü ilin aprelində Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-diversiya tədbirlərinin təşkili ilə məşğul olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəd saxlanılır. Sənəddə deyilir: “1942-ci ilin avqustunda Rostov Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”. Mərhum Azərbaycan politoloqu Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni birləşmələrinin yəhudilərin soyqırımında iştirak etməsi barədə çoxsaylı faktlar, məsələn, elə həmin “Dromedar” zonderkomandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabat gətirilir. R.Mustafayev yazır: “1941-ci il noyabrın 16-dan dekabrın 15-i də daxil olmaqla, 17.645 yəhudi, 2504 qəraim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Aluşta, Qarasubazar, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”.

Nasizm baş qaldırır

Drastamat Kanayan törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtara bilib: Almaniya təslim olandan sonra o, ABŞ-a köçüb və ömrünü Bostonda başa vurub. Qaregin Njdeni isə başqa tale gözləyib. Keçmiş xidmətlərinə görə onu “gizlədəcəkləri” ümidi ilə o, 1944-cü ildə yenidən Bolqarıstana gedir. Lakin Hitler əlaltısı burada həbs edilir və sovet komandanlığına verilir. Njde 1920 və 1921-ci illərdə apardığı təmizləmə əməliyyatlarına görə 25 il müddətinə azadlıqdan məhrum edilib və 1955-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Buna baxmayaraq, bu gün Rusiyanın yaxın müttəfiqi sayılan Ermənistanda irimiqyaslı Dro və Njde kultu yaradılıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir. Bədii və sənədli filmlər çəkilir. Yerevan meydanlardan birinə Qaregin Hjdenin adı verilib. Vurğulayaq ki, bu kult hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmayıb - bu hərəkətlərin arxasında dövlət dayanır. İş o yerə gəlib çatıb ki, Ermənistanda Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu yeni strukturla əməkdaşlıq etmək arzusunu bildirib. Nasistlərlə əməkdaşlıq edən cinayətkarlara açıq-aşkar bəraət qazandırılmasına indiyə qədər heç bir reaksiya yoxdur. Üstəlik, bu gün bunu Rusiya ərazisində yaymağa çalışırlar. Məsələn, erməni diasporunun fəalları Vladimir mərkəzi həbsxanasında Njdenin dəfn olunduğu məzarlığa müntəzəm baş çəkirlər. Hətta Njdenin abidəsinin ucaldılması haqqında məsələ qaldırılıb. Bundan əlavə, bu gün Ermənistan və Rusiya KİV-lərində erməni rejissoru Qraç Keşişyanın Rusiyanın tanınmış kinoaktyorları Çulpan Xamatovanın və Mixail Yefremovun iştirakı ilə çəkilmiş “Qaregin Njde” filminin reklam kampaniyası aparılır. Bu filmdə hərbi cinayətkardan az qala parlaq milli büt obrazı yaradılır. Qaregin Njdenin yüksəklərə qaldırılması kampaniyası fonunda Rusiyanın yaradıcı ziyalılarının sovet məhkəməsinin mühakimə etdiyi bu hərbi cinayətkarın populyarlaşdırılmasına cəlb edilməsi cəhdləri ilk baxışda göründüyündən daha təhlükəli amildir. Çünki bundan belə bir sual doğur: Rusiya nasizmə bəraət qazandırılması cəhdlərini həqiqətənmi əsla qəbul etmir? Əgər elədirsə, onda nə üçün Ermənistanda, indi isə artıq Rusiyada Drastamat Kanayan və Qaregin Njde kultuna heç bir reaksiya yoxdur.

Veteranlar faşizm əleyhinə

Belə çıxır, Moskvanın nöqteyi-nəzərindən Ukraynada və Baltik ölkələrində Hitlerin əlaltılarını parlaq qəhrəmanlara çevirmək olmaz, Rusiyanın yaxın müttəfiqi olan Ermənistana isə artıq olar? Bu, “ikili standartlar”, yoxsa sadəcə “diqqətsizlikdir” ? Ermənistanın Drodan və Njdedən milli qəhrəman yaratmaq cəhdləri artıq Böyük Vətən müharibəsi veteranlarının diqqətini cəlb edib. Onlar bu barədə Vladimir Putinə məktubla müraciət ediblər. Veteranlar Rusiya Prezidentinə yazıblar: “Tarixi həqiqətin Ermənistan Respublikasında təhriflərə məruz qaldığını və kollaborasionistlərin durmadan yüksəklərə qaldırıldığını ürək ağrısı ilə müşahidə edirik. Rusiyanın paytaxtında “Qaregin Njde ilə söhbətlər, yaxud NJdenin 125 illiyinə abidə” kitabının təqdimatı keçirilir. Paradoks bundadır ki, tədbirin təşkilatçıları hesab edirlər ki, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır“. Moskvada rusiyalı kino ulduzlarının iştirakı ilə NJdeni qəhrəman kimi qələmə verən film nümayiş etdirilir. Yeri gəlmişkən, Rusiyanın teatr və kino xadimləri buna bənzər xoşagəlməz vəziyyətlərə düşməmək üçün bu və ya digər rol seçimində ayıq-sayıq olmalıdırlar. Sovet İttifaqının hüquqi varisi olan bir ölkədə faşist satqınların mədh olunması bizi kədərləndirir. Hərçənd məhz Rusiya həmişə tarixin yenidən yazılmasına, İkinci dünya müharibəsi reallıqlarının təhrif olunmasına qarşı çıxış edir. Bu gün Vətən xainlərini “vətənpərvərlər”, kommunizmə və “Stalin rejiminə” qarşı “ideya mübarizləri” kimi təqdim etməyə çalışırlar. Lakin azğınlıq edən, dinc əhalini qətlə yetirən faşist nökərlərinə bəraət yoxdur. Şübhəsiz ki, Rusiya və Ermənistan arasında müəyyən mənada xüsusi münasibətlər var. İki ölkəni sıx siyasi, iqtisadi, mədəni və tarixi əlaqələri bağlayır. Məhz iki xalqın nümayəndələrinin faşizmə qarşı savaşda çiyin-çiyinə mübarizənin ümumi tarixində hərbi canilərin mədh olunması bu müharibədə həlak olanların xatirəsinə təhqirdir. Bütün bunların Böyük Qələbənin 70 illik yubileyinin qeyd olunduğu bir vaxtda baş verməsi xüsusilə hiddət doğurur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (tikinti) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (tikinti) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 12 may tarixli 19/14 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Azeri Light” markalı neft bahalaşıb

Azərbaycanın bəzi çaylarında sululuq artıb

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdür

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

İsmayıl İman: Tağıyevi “canlı” insan kimi göstərdik

ABŞ Dövlət Departamenti Trampın Yaxın Şərqə səfəri ərəfəsində BƏƏ-yə silah satışını təsdiqləyib

Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək

“Bloomberg”: Aİ Rusiyaya qarşı sanksiyaları müzakirə etməzdən əvvəl Türkiyədə danışıqları gözləyir

Baltik dənizi regionunda genişmiqyaslı oğurluq hadisəsinin qarşısı alınıb

Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb

Tədqiqat: Qandakı kofein səviyyəsi bədən yağlarına və diabet riskinə təsir göstərə bilər

Tripolidə silahlı toqquşmalar baş verib, yaralananlar var

ABŞ-la Çin arasında razılaşmadan sonra qızılın qiyməti 3 faiz aşağı düşüb

Soyuducular bakteriyalar səbəbindən gözlənilməz təhlükəyə çevrilə bilər - TƏDQİQAT

Kir Starmerin evində baş verən yanğınla bağlı terrorla mübarizə polisi araşdırma aparır

Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

Hakan Fidan rusiyalı həmkarı ilə Ukrayna münaqişəsini müzakirə edib

Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub

Tramp: Aİ çox vaxt ABŞ-la Çindən daha pis davranır

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

Hakan Fidan ABŞ Dövlət katibinə Suriyaya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb

Qarsda Heydər Əliyev adına liseydə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi anılıb

Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib VİDEO

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib VİDEO

Brüsseldə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər

Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb

Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar

Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb

UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib

Britaniyanın Baş nazirinin evində yanğın olub

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub

Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib

Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpaolunan Qarabağı və Şərqi Zəngəzuru görürük ŞƏRH

İsrail Prezidenti ölkəsi ilə Almaniya münasibətlərinin 60 illiyi münasibətilə Berlinə səfər edib

BDU ilə Pakistanın İslamabad Fond Universiteti arasında anlaşma memorandumu imzalanıb

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır

Parlamentin sədri: Gürcüstan-Brüssel münasibətləri regionda formalaşmış siyasi mühitin girovudur

Prezidentin Ağdam Muğam Mərkəzinin açılışındakı nitqi milli hesabat və yol xəritəsi kimi səciyyələndirilə bilər RƏY

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Altı dövlət orqanında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Keçmiş məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı

“Barselona” baş məşqçisi ilə yeni müqavilə barədə razılığa gəlib

SOCAR Karbamid Zavodunun “ağıllı kimya” sahəsi

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Serbiyada səfərdədir

® “Unibank” Almaniyanın nüfuzlu bankından 5 milyon avro kredit cəlb edib

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaşlarla görüş vaxtı dəyişdirilib

Bakıda imzalanan sənədlər Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına yeni impuls verəcək ŞƏRH

Energetika naziri vətəndaşlarla görüşüb

® “AccessBank”dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

Tramp ABŞ-da dərmanların qiymətini 59 faiz endirəcək

Qazaxıstan 17 su anbarının tikintisi üçün 2,7 milyard dollar alacaq

Giorgi Volski: Bəzi diplomatik nümayəndəliklər Gürcüstanda toqquşma ssenarisi hazırlayırlar

Qazaxıstanda 1918-ci il macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb

Azərbaycan U-21 millisi Belarus və Monteneqro ilə qarşılaşacaq

Eros Ramazzotti Budapeştdə daha bir canlı konsertlə çıxış edəcək

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirində ilk həftə başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb

Azərbaycan Dubayda keçirilən “Global CyberDrill 2025” tədbirində təmsil olunub

“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları – Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib

Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

® Həmişə ümid işığı yandırmağa çalışan tibb bacıları, bayramınız mübarək!

Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Qazaxıstan kimya və metallurgiya sahələrində 10 milyard dollar dəyərində layihələrin icrasına başlayır

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı: Böyük Qayıdışa daha bir töhfə

Bakıda Eqmont Qrupunun Komitə iclası keçiriləcək

Azərbaycanın NATO yanında Nümayəndəliyində görüş keçirilib

“Barselona” polşalı qapıçısına ikiillik müqavilə təklif edib

Rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-dək davam edəcək - Xəbərdarlıq

Bəhreynin xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Ermənistanda həqiqi hərbi xidmətdən yayınan gənclərin sayı artır

Gürcüstan parlamentinin sədri Buxarestdə Fransa səfirini sərt tənqid edib

Bill Qeyts növbəti 20 ildə sərvətinin 99 faizini xeyriyyəçiliyə sərf edəcək

Azərbaycanın xarici işlər naziri Bəhreyn Krallığının vəliəhdi ilə regional vəziyyəti müzakirə edib

Britaniyanın Baş naziri immiqrasiya siyasətini sərtləşdirəcəyini açıqlayıb

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Buxarestdə qeyd olunub

Hakan Fidan PKK-nın özünü buraxmasını “tarixi” qərar adlandırıb

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Azərbaycanın güləş yığmaları qarşıdan gələn mühüm yarışlara bölgələrdə hazırlaşacaqlar

Britaniya hökuməti Bottiçellinin tablosunun ölkədən çıxarılmasını qadağan edib

Azərbaycan ilə Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Roma Papası Türkiyəyə səfərə hazırlaşır