SİYASƏT


Natalino Ronzitti: İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir

Strasburq, 10 aprel, AZƏRTAC

İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Bu ərazilərdəki təbii sərvətlərdən istifadə qadağan edilir.

Bu fikri AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclasın iştirakçılarından olan Beynəlxalq Hüquq İnstitutunun üzvü, İtaliyanın Guido Carli LUİSS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti AZƏRTAC-a müsahibəsində söyləyib.

İtaliyalı professor Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işinə dair qərarına toxunub. Bildirib ki, bu qərarda Ermənistanın məsuliyyət daşıdığı göstərilib.

Natalino Ronzitti məhkəmə qərarlarına riayət etməyən ölkələrlə bağlı qeyd edib ki, belə ölkələrə beynəlxalq hüquqa uyğun olaraq sanksiyalar tətbiq edilməlidir.

N.Ronzitti vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası, eləcə də ATƏT mandatlarına uyğun olaraq mövcud münaqişənin həlli ilə məşğul olub sülhün bərpasına səy göstərməlidirlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.