DÜNYA


Natalya Qavrilitsanın Moldovanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb

Kişineu, 28 yanvar, AZƏRTAC

Moldova Prezidenti Maya Sandu ölkənin Baş naziri vəzifəsinə namizədini ictimaiyyətə açıqlayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Maya Sandu bu gün keçirilən brifinqdə Moldovanın Baş naziri vəzifəsinə Natalya Qavrilitsanın namizədliyini irəli sürdüyünü bəyan edib.

“İrəli sürdüyüm namizədə tam etibarım var”, - deyə Sandu əlavə edib.

Qeyd edək ki, Natalya Qavrilitsa Moldova Prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədr müavinidir, əvvəllər nazir vəzifəsində çalışıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.