İQTİSADİYYAT


“National Herald Tribune”: Azərbaycan regionun geopolitikasını yeniləyir

Bakı, 16 noyabr, AZƏRTAC 

Nüfuzlu “National Herald Tribune” nəşri “Azərbaycan regionun geopolitik xəritəsini yaradır” mövzusunda analitik məqalə dərc edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifi İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Ermənistanla sülh sənədini imzalamaqla Azərbaycan regionun lider dövləti kimi mövqeyini bir daha sübut edib. Azərbaycanda yaranan “müdrik çevrə”yə uyğun olaraq, güclü iqtisadiyyat ölkənin müdafiə qabiliyyətini, xarici siyasətini və diplomatik uğurlarını təmin edib. Noyabr ayında Trans-Adriatik təbii qaz boru kəməri də istifadəyə verilməklə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirəcək. Hazırda Azərbaycan Türkiyənin qaz bazarında dörddəbir paya və Gürcüstanın enerji bazarında lider mövqeyə malik olmaqla, İsrailin neftə olan tələbatının 40 faizini təmin edir, Almaniyanı isə neft məhsulları ilə təmin edən ölkələrin ilk onluğunda yer alır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində hab rolunu oynayan Azərbaycan Naxçıvanla ölkənin qərbini birləşdirən yeni koridor yaratmaqla Aralıq dənizi və Xəzər dənizi hövzələrini bir-birinə ən qısa yolla bağlayacaq. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycan “bərk güc” və “yumşaq güc”ü birləşdirməklə “smart güc”ə çevrilib.

Məqalədə qeyd olunur ki, bu il Azərbaycanda COVID-19, quraqlıq, aşağı neft qiymətləri və Ermənistanın provokasiyalarından yaranan problemlərlə mübarizədə böhran idarəetməsi uğurla tətbiq edilib. Hazırda Azərbaycan həm postkonflikt, həm də postpandemiya dövrünə daha hazırlıqlı vəziyyətdədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev dövlət-xalq-ordu birliyini yaratmaqla milli gücü səmərəli istifadə etməyi bacarıb. Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://bit.ly/2KekqpR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.