REGİONLAR


“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri döyüş atışlarını yerinə yetiriblər

Naxçıvan, 26 aprel, AZƏRTAC

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, minaatan bölmələri həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.