REGİONLAR


Naxçıvan Beynəlxalq Hava Limanı qış mövsümünə hazırdır

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Naxçıvan Beynəlxalq Hava Limanında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.

Hava limanından AZƏRTAC-a bildirilib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib. Hava limanının soyuq və qarlı günlərdə də daim işlək vəziyyətdə saxlanılması, habelə hava gəmilərinin enib-qalxması zamanı təhlükəsizliyin təmin olunması üçün profilaktik tədbirlər görülüb. Qartəmizləyən, qarkürəyən, xüsusi avtomaşınlar saz vəziyyətə gətirilib, hava limanında uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik, işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışı həyata keçirilib. Həmçinin tələbata görə yanacaq və mal-material ehtiyatının yaradılması diqqət mərkəzində saxlanılır.

Görülən işlər soyuq qış aylarında da həm yerli, həm də beynəlxalq səviyyəli uçuşların fasiləsiz həyata keçirilməsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.