Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində sentyabrın 23-də Naxçıvan Biznes Mərkəzində olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə Biznes Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Muxtar respublikadakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Mərkəzdə “İslam ¬Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar və əl işləri də nümayiş etdirilir.

Sonra qonaqlarla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrinin və naxçıvanlı sahibkarların görüşü olub.

İqtisadiyyat naziri Famil Seyidov bildirib ki, muxtar respublika ötən illər ərzində böyük inkişaf yolu keçib, burada istehsal olunan ümumi daxili məhsulun həcmi 1995-ci illə müqayisədə 62 dəfə artaraq 2 milyard 700 milyon manata çatıb. Onun adambaşına düşən həcmi isə hazırda 5990 manatdır. Hazırda muxtar respublikada 987 kiçik və iri istehsal sahəsi fəaliyyət göstərir ki, onların da 442-si sənaye, 545-i kənd təsərrüfatı təyinatlıdır. Naxçıvanın kənd yaşayış məntəqələrində 730 istehsal müəssisəsi yaradılıb. Bu müəssisələrdə 382 növdə məhsul istehsal olunur.

Diqqətə çatdırılıb ki, ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 460 milyon ABŞ dolları olub, bunun 423,2 milyon ABŞ dolları ixracın payına düşür. Naxçıvandan elektrik enerjisi, mineral sular, daş məhsulları, metal məmulatları, sement, məsaməli beton, meyvə şirələri, ət məhsulları ixrac edilir, hər il genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Bütün bu nəticələrə görə, Azərbaycan Respublikasının 10 iqtisadi regionu içərisində Naxçıvan Muxtar Respublikası ölkə Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün investisiya reytinqinin lideri olub.

Nazir onu da qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iş adamları Avropa İttifaqına üzv ölkələrin biznes nümayəndələrinin də qatıldıqları 76 müxtəlif işgüzar tədbirdə iştirak ediblər. Son illərdə Naxçıvanda istifadəyə verilən istehsal müəssislərinin əksəriyyətində Almaniya, Fransa, Avstriya, Belçika, İtaliya, Polşa, İspaniya, Macarıstan kimi Avropa İttifaqının üzvü olan ölkələrin yeni texnoloji avadanlıqları tətbiq olunur.

Kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Aqrar sahəyə verilən güzəştli kreditlər, taxıl və soyuducu anbarların, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması muxtar respublikada kənd təsərrüfatının inkişafını təmin edib. Bu sahədə əldə olunmuş nailiyyətlərin göstəricidir ki, ötən il muxtar respublikadan tələbatdan artıq - 101 milyon 478 min ABŞ dollarından çox kənd təsərrüfatı məhsulları ixrac olunub.

Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək deyib ki, bu qurumla Azərbaycan arasında 1996-2003-cu illərdə qarşılıqlı əlaqələrin inkişafı barədə müqavilələr bağlanıb. Hazırda Avropa İttifaqı Azərbaycanını ən böyük (2017-ci ildə 35 faiz olmaqla) ticarət tərəfdaşıdır. Aİ Azərbaycanın neft və qeyri-neft sektorunda da ən böyük investordur. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 385 şirkəti fəaliyyət göstərir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməliyyatlar üzrə koordinatoru Ülviyyə Abdullayeva son illər Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb. Avropa İttifaqı dəstəkli “Twinning” layihəsi üzrə 2007-ci ildən indiyə qədər 50-yə qədər layihənin reallaşdırıldığı, 2008-ci ildən TAIEX layihəsi üzrə 162 tədbirin keçirildiyi diqqətə çatdırılıb.

Sonra Latviya, Xorvatiya və Bolqarıstanın səfirləri çıxış edərək Naxçıvan Muxtar Respublikası ilə ölkələri arasındakı iqtisadi əlaqələrin perspektivlərindən danışıblar.

Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən sənədli filmə baxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər