REGİONLAR


Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına yeni qədim kitablar daxil edilib

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Bu il AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bəzi əlyazmaların elektron variantı, eyni zamanda, ekspedisiya yolu ilə 10, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən isə 16 əlyazma və qədim çap kitabı daxil olub.

Bölmənin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, muxtar respublika ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər arasında “Tənbihətül-qafilin”, “Tərəssül”, “Xavərnamə”, “Zadül-məad”, “Gülşəni-əttar”, “Rüstəmnamə”, “Külliyati-Dəxil” və digər Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan kitablar var. Bu kitablardan 12-si fondun əməkdaşları tərəfindən yenidən cildlənib, bir qisminə isə müxtəlif gigiyenik xidmət olunub. Elmi, dini, fəlsəfi və bədii məzmuna malik olan əlyazma və çap kitablarına ilkin rəylər yazılıb, üzərində adı, müəllifi, dili, yazıldığı tarix və fondda saxlanılan şifr nömrəsi göstərilib.

Fonda daxil olan yeni əlyazma və çap kitablarının geniş şəkildə tədqiqi nəzərdə tutulub.

Qeyd edək ki, bölmənin Əlyazmalar Fondunun balansında Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, o cümlədən Azərbaycan, türk, rus, fars və ərəb dillərində ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb sahələrinə dair qədim çap kitab və əlyazmalar qorunub saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.