REGİONLAR


“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici tədbir keçirilib

Naxçıvan, 13 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttişi Arif Rüstəmov fövqəladə vəziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulayıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov fövqəladə hallardan mühafizə üsulları, davranış və fəaliyyət qaydaları, həmçinin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı işçilərin mühafizəsinin təşkili haqqında məlumat verib. Nazirliyin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyət qaydaları barədə ətraflı bəhs edib.

Qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazı və ondan qorunma yolları haqqında iştirakçılara məlumat verən Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin bölmə rəisi, daxili xidmət mayoru Etibar Məmmədov məişətdə ilkin yanğınsöndürmə vasitələrinin təyinatı haqqında danışıb, istifadə qaydalarını əyani olaraq göstərib.

Sonda suallar cavablandırılıb, mövzulara aid slaydlar və videolar təqdim edilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.