REGİONLAR


Naxçıvan Dövlət Musiqili Dram Teatrı 135-ci teatr mövsümünün açılışına hazırlaşır

Naxçıvan, 25 sentyabr, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni teatr mövsümünün açılışına hazırlaşır. Yeni mövsümün ilk tamaşası “Onun iki qabırğası” komediyası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kamran Quliyev, rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı isə İmamqulu Əhmədovdur. Mövsüm ərzində tamaşaçılara təqdim olunacaq “Onun iki qabırğası” komediyasında rolları Nurbəniz Niftəliyeva, Əbülfəz İmanov, Nazlı Hüseynquliyeva, Bəhruz Haqverdiyev və başqaları ifa edirlər.

Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu yaradıcılıq mövsümündə böyük mütəfəkkir Hüseyn Cavidin “İblis” əsərinin tamaşasını da yeni quruluşda oynayacaq. Hazırda tamaşanın məşqləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.