Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il avqustun 2-də “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, bununla bağlı Tədbirlər Planı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edərək deyib: Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir. Müstəqillik illərində isə Ulu Öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır.

Muzey işinin vacibliyini önə çəkən Ulu Öndər deyirdi ki, “Milli ənənələrimizin, tarixi irsimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu əsasda tərbiyə etmək üçün muzeylər lazımdır”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında muzeylərin yaradılması və inkişafı diqqətdə saxlanılır. Ən qədim insan yaşayış məskənlərinin və tarixi abidələrin mövcudluğu, dünya tufanı və Nuh peyğəmbərlə bağlılıq, 5-7 min illik şəhərsalma mədəniyyəti, sənətkarlığın inkişafı Naxçıvanda Azərbaycan xalqının böyük tarixi-mədəni irsinin, milli dəyərlər və adət-ənənələr sisteminin yaranmasına, bununla yanaşı həm də muzeylərin formalaşmasına səbəb olmuşdur. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılmış, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılmışdır. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.

Ali Məclisin Sədri deyib: Naxçıvanın müasir inkişafı, xüsusilə bütün sahələrdə yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması muzey işinin də dövrün tələblərinə uyğunlaşdırılmasını zərurətə çevirmişdir. Muxtar respublikada məktəb-muzey şəbəkəsinin yaradılması və interaktiv dərslərin keçirilməsi, muzey günlərinin təşkil olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası tədris olunur. Tələbələr muzeylərdə açıq dərslərə və praktik işə cəlb olunur, kadr hazırlığı diqqətdə saxlanılır. Naxçıvan Dövlət Tarix Muzeyinin ötən 95 ildəki fəaliyyəti də muxtar respublikada muzeyşünaslığın inkişafında mühüm mərhələ kimi dəyərləndirilməlidir. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində yaradılan və muxtariyyətin yaşıdı olan bu mədəniyyət müəssisəsi ilk illər Tarix-Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərmişdir. Muzeyin formalaşmasında 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Muzey sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmiş, 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirmişdir.

“Muzeyləri qorumaq hər kəsin vətəndaşlıq borcudur”, - deyən Ulu Öndərin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyi də mühüm inkişaf yolu keçmişdir. Müstəqillik dövründə muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Tarix Muzeyi üçün yeni bina ayrılmış, aparılan tədqiqat işləri fondu zənginləşdirmiş, yeni şöbələr yaradılmışdır. Bu gün muzeydə xalqımızın qədim və zəngin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.

Ali Məclisin Sədri deyib: Muzeylərə sadəcə maddi mədəniyyət nümunələrinin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər həm də elm ocaqlarıdır. Naxçıvan Dövlət Tarix Muzeyi də ötən dövrdə Naxçıvanda tarixşünaslıq elminin inkişafına mühüm töhfə vermişdir. Hazırda muzeydə mühafizə olunan hər bir eksponat ayrıca tədqiqat mövzusudur. Xalq o zaman mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri və zəngin mədəniyyəti olsun. Son illər Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar aparılmış, beynəlxalq konfranslar keçirilmiş, arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Həmin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mərkəz kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Qeyd olunub ki, muzey bir tərəfdən də Naxçıvanın turizm potensialının inkişafına töhfə verir. Hər il minlərlə turist muzeyə ekskursiya edərək tariximiz, mədəniyyətimiz və etnoqrafiyamız haqqında ətraflı məlumat toplayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Muzeyin mənası, əhəmiyyəti xalqın tarixini təbliğ etdirməkdən, mədəniyyətin səviyyəsini göstərməkdən ibarətdir”. Bu mənada Naxçıvan Dövlət Tarix Muzeyi tariximizin və mədəniyyətimizin təbliği, gənc nəslin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi sahəsində mühüm bir missiyanı yerinə yetirir. Çünki tariximiz gələcək nəsillərə təkcə kitablarda yazılmaqla deyil, həm də muzeylərdə qorunmaqla, nümayiş etdirilməklə öyrədilməlidir. Naxçıvan Dövlət Tarix Muzeyi bundan sonra da tarixi-mədəni irsimizin qorunub saxlandığı mərkəz kimi fəaliyyətini davam etdirməli, elm və təhsil müəssisələri, alim və tədqiqatçılarla, gənclərlə muzey arasında əlaqələr daha da gücləndirilməlidir.

“Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır” - deyən Ali Məclisin Sədri bu yolda muzeyin kollektivinə uğurlar arzulayıb, yubiley münasibətilə bir daha təbrik edib.

Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin Sədri təltifləri təqdim edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi muxtar respublikada muzey işinin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulub, bu sahədə mühüm işlər həyata keçirilib. Son 24 ildə muxtar respublikada müxtəlif profilli 17 muzey yaradılıb. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Muzeylərdə 140 mindən artıq eksponat qorunaraq mühafizə edilir. Bu ilin ötən dövründə muzeylərimizi 584 mindən çox tamaşaçı ziyarət edib ki, onlardan 166 mindən çoxu xarici ölkə vətəndaşıdır. Ötən dövrdə muxtar respublika sakinləri tərəfindən muzeylərimizə 5083 eksponat təqdim edilib.

Vurğulanıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də muzey kollektivlərinin, ümumilikdə mədəniyyət işçilərinin əməyinə verilən yüksək qiymətdir. Natəvan Qədimova bu diqqət və qayğıya görə muxtar respublikanın bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov kollektiv adından minnətdarlıq edərək deyib ki, muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin yaradılması haqqında imzalanan sərəncamlar, Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Naxçıvan Dövlət Tarix Muzeyi də diqqət və qayğıdan kənarda qalmayıb. Məhz, Ali Məclis Sədrinin təşəbbüsü ilə 2000-ci ilin noyabrında muzey yenidən qurulan indiki binasına köçürülüb, 2007-ci ildə muzey binası əsaslı təmir olunub, lazımi avadanlıqlarla təchiz olunaraq kollektivin istifadəsinə verilib. Son 20 ildə muzey fonduna 12 minə yaxın eksponat daxil edilib.

Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Nuri Xavər çıxış edərək deyib: “Mən 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsindən məzun olmuş və həmin il Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi kimi işə başlamışam. Naxçıvan Dövlət Tarix Muzeyində yaradılan iş şəraiti, gənc kadrlara və muzey işinə göstərilən diqqət qısa zamanda işimin öhdəsində layiqincə gəlməyə imkan verdi. Naxçıvan Dövlət Tarix Muzeyində işləmək həm qürurverici, həm də çətindir. Çünki bu işdə dünyagörüş, dərin bilik tələb olunur. Muzeyimizdəki hər bir eksponat tariximiz, bugünümüz və gələcəyimizdir. Buna görə də mən hər zaman muzey işinin sirlərinə dərindən yiyələnməyi, bu sahədə biliyimi daha da artırmağı özümə borc hesab edirəm. İşimin ən şərəfli tərəfi isə tariximizi yerli vətəndaşlarla yanaşı, dünyanın bir çox fərqli ölkələrindən gələn turistlərə çatdırmaq və təbliğ etməkdir. Bu gün yubiley tədbiri muzey kollektivi üçün ikiqat qürurvericidir. Çünki Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından ikisi Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaş isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan əməkdaşlar arasında mənim də adım vardır. Bu, gənc əməkdaş kimi fəaliyyətimə verilən yüksək qiymətdir. Yaradılan şəraitə, eləcə də əməyimizə verilən yüksək qiymətə görə təltif olunan muzey işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığımızı bildiririk”.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik