Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunlarının uğurları

Naxçıvan, 14 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə 1999-cu ildə yaradılıb. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Muxtar respublikamızda fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçmələrinə hər cür şərait yaradılıb. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet qonşu Türkiyə və İranın universitetləri ilə sıx əlaqələr qurub.

Bütün bunlar universitetin və fakültənin beynəlxalq nüfuzunu artırmaqdadır. Əgər bir vaxtlar naxçıvanlı məzunlar tibb təhsili almaq üçün respublikamızın və dünyanın ali məktəblərinə üz tutmaq məcburiyyətində qalırdılarsa, bu səbəbdən gələcəyin peşəkar həkimləri ola biləcək çoxları bu istəyindən imtina etməli olurdusa, bu gün muxtar respublikada tibb təhsili üçün yaradılan unikal şərait xarici ölkə vətəndaşlarının da buraya olan marağını günbəgün artırır. Belə ki, yeni tədris ilindən fakültədə 300 xarici ölkə vətəndaşı təhsil alacaq.

Qısa zamanda 1000-dək çox uğurlu tibbi əməliyyat aparan gənc uroloq

“Xalqın müqəddəs saydığı, inanıb, etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir”, – deyən Zəbur Bağırov Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kimi məsuliyyətli bir işi yerinə yetirməklə bərabər, gənc olmasına baxmayaraq, sayılıb-seçilən uroloqdur. O, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini 2009-cu ildə bitirib. Zəbur həkim deyir: – Nənəm böyrək xəstəliyindən əziyyət çəkərdi və tez-tez müalicə üçün paytaxt Bakıya, ya da qonşu dövlətlərə üz tutardı. Bu ixtisası seçməyimin səbəbi peşəkar uroloq olub, şəfa tapmaq üçün başqa yerlərə üz tutan insanlara öz doğma yurdumuzda kömək etmək istəyi olub. Naxçıvanda ali təhsilimi uğurla başa vurmaqla yanaşı, Ali Məclis Sədrinin xüsusi tapşırığı ilə qardaş Türkiyə Respublikasında internatura, Urologiya ixtisası üzrə uzmanlıq təhsili almışam.

Həkim deyir ki, hələ tələbə vaxtı xəstəxananın gecə növbəsində çalışdığı ilk gündən dərk edib ki, tibb işçisi hər dəqiqə qəfil gecə zənglərinə, qəfil hadisələrə hazır olmalıdır. Lazım gələrsə, lap payi-piyada da olsa, hökmən xəstənin yanına getməlisən. Axı orada həkimi nigarançılıqla, həyəcan hissi ilə gözləyən var. İxtisasından asılı olmayaraq bir həkim kimi insan sağlamlığının keşiyində dayanmalısan. Vətəni qoruyan sadiq, inamlı əsgər kimi...

Zəbur həkim onu da bildirir ki, bu günə kimi 1000-dək xəstə üzərində əməliyyat aparıb. Bunların arasında ikiyaşlı uşaq da var, 94 yaşlı qoca da. Elə vaxt olub ki, əməliyyat 6-8 saat çəkib. Amma yaxınlarına əməliyyatın uğurlu keçdiyini demək ona bu saatlar boyunca çəkdiyi çətinlikləri unutdurub.

“Müasir avadanlıqların köməyi ilə düzgün diaqnoz qoymaqla kimisə xilas etmək qədər gözəl heç nə yoxdur”

Xəstəxananın Şüa diaqnostika şöbəsinin həkim-radioloqu Heyran Əliyeva isə bu ali təhsil ocağını 2007-ci ildə fərqlənmə diplomu ilə bitirib:

– Həkim olmaq istəyim orta məktəb illərindən var idi. Amma bunun üçün Bakıya getməli və orada təhsil almalı idim. Mən isə ailəmdən uzaqda yaşamaq istəmirdim. Naxçıvanda Tibb fakültəsinin açıldığını eşidəndə çox sevindim. Bu istəyimi reallığa çevirmək üçün əzmlə çalışdım və ali məktəbə qəbul oldum. Xəstələrin keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar etmək üçün bu peşəni özümə həyat yolu seçdim. Bu gün bu yolda yorulmadan irəliləyir, yenilikləri öyrənir və muxtar respublika sakinlərinin sağlamlığının keşiyində dayandığım üçün qürur duyuram. Mən deyərdim ki, həkim olmaq, insanların sağlamlığının qayğısına qalmaq və müasir avadanlıqların köməyi ilə düzgün diaqnoz qoymaqla kimisə xilas etmək qədər gözəl heç nə yoxdur.

Heyran həkim deyir ki, radiologiya son illərdə çox inkişaf edib. Onun imkanlarından istifadə edərək vaxtilə çətin aşkarlanan xəstəliklərə də daha dəqiq diaqnoz qoymaq mümkündür. Bir vaxtlar bu tibbi avadanlıqların heç biri muxtar respublikamızın səhiyyə müəssisələrində yox idi. Ötən illər ərzində bu sahənin inkişafı, səhiyyə ocaqlarımızın müasir tibbi avadanlıqlarla təchiz olunması son tibbi müayinə üsullarının tətbiqinə, xəstəliklərin vaxtında aşkarlanıb qarşısının alınmasına geniş imkanlar açıb. Artıq muxtar respublika sakinlərinin bir sıra mühüm müayinələrə görə digər yerlərə getmələrinə ehtiyac qalmayıb.

Muxtar respublikanın tanınmış kardioloq-angioqrafı

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimi, kardioloq-angioqraf, bu sahə üzrə Türkiyə Respublikasının müxtəlif tibb universitetlərində xüsusi kurs keçmiş Nail Mehbalıyev də Naxçıvan Dövlət Universitetinin yetişdirdiyi həkimlərdəndir. Onunla çətin olsa da, uğurlu keçən əməliyyatın ardından həmsöhbət olduq: – Həkimlik rahatlıq sevənlərin sənəti deyil, gecəsi, gündüzü bilinməyən peşədir. Amma nə qədər əzablı-əziyyətli olsa da, sonu şərəflidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görsənmir. Həkim işlədiyim vaxtlardan bu günə kimi belə məqamlarla çox rastlaşmışam. Nigaran baxışlar, narahat ürəklərə təsəlli vermək, o baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək mənə görə dünyanın ən böyük xoşbəxtliyidir.

O qeyd edir ki, bu gün muxtar respublikanın səhiyyə sahəsi dövlət qayğısı ilə əhatə olunub. Müxtəlif ölkələrə dövlət tərəfindən təkmilləşdirmə kurslarına göndərilirik. Bundan əlavə, işlədiyimiz xəstəxanalar ən müasir avadanlıqlarla təmin olunub.

Yaradılan müasir şərait həkim və tibb bacılarının işinin daha da keyfiyyətli olmasına imkan verir

Digər müsahibimiz Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva deyir ki, doğma diyarımızda bütün sahələrlə yanaşı, tibbi kadrların hazırlığına göstərilən qayğıdan mənim kimi çoxları bəhrələnib. Fakültədə mükəmməl təhsil almaqla yanaşı, Türkiyə və İrandakı universitetlərin Tibb fakültələrində, xəstəxanalarında ixtisas təcrübələrində iştirak etməklə bu peşənin sirlərinə dərindən bələd olmuşam.

İlkay Əliyeva onu da deyir ki, 2012-ci ildə Pediatriya ixtisasını fərqlənmə diplomu ilə bitirib rezidenturaya daxil olub, 2014-cü ildə buranı müvəffəqiyyətlə başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb.

Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının qayğısına qalır, onun xəstə olmaması üçün əlindən gələni edir. Amma bəzən ata və ananın qayğısı, diqqəti uşaqlarımızı xəstəliklərdən uzaq tutmağa kömək edə bilmir. Mən də anayam və övladımın sağlamlığını etibarlı əllərə əmanət etmək, təbii ki, ən böyük arzumdur. Bu gün yaradılan müasir şərait də həkim və tibb bacılarının işinin daha da keyfiyyətli olmasına imkan verir. Çalışdığım xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün bizə insan sağlamlığını qorumaq kimi mühüm və xeyirxah missiyanı uğurla həyata keçirməyə şərait yaradır. Dövlətimizin biz həkimlər üçün yaratdığı imkanlardan geniş istifadə etməyə çalışır, öhdəmə düşən işləri yüksək səviyyədə yerinə yetirməyə daim böyük səy göstərir, praktik fəaliyyətimi elmi axtarışlarla əlaqələndirirəm.

Gənc həkimin də həmmüəllifi olduğu “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı metodik vəsait və “Dölün və yenidoğulmuşun hemolitik xəstəliyi” adlı irihəcmli dərs vəsaiti maraqla qarşılanıb. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dissertantı olan İlkay həkim onu da diqqətimizə çatdırır ki, hazırda “tibb elmləri üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.

Bugünkü müsahiblərimiz ötən illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirən və diyarımızın səhiyyə ocaqlarında insanların sağlamlığının keşiyində dayanan onlarla həkimdən bir neçəsi idi. Vaxtilə onların təhsil aldıqları Tibb fakültəsinin köhnə korpusunun əsaslı şəkildə yenidən qurulması artıq tamamlanmaqdadır. Yeni tədris ilindən tələbələrin yüksək maddi-texniki təchizata malik, müasir fənn laboratoriyaları olan binada təhsil almaları, heç şübhəsiz ki, bilikli və təcrübəli gənclərin yetişdirilməsinə öz töhfəsini verəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib