REGİONLAR


Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü qeyd olunub

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Yeni Azərbaycan Partiyası – 29: Xalqa və dövlətə xidmət nümunəsi” mövzusunda tədbir keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrildiyini vurğulayıb. Bildirib ki, çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın YAP-ın sıralarında birləşməsi Heydər Əliyev fenomeninin misilsiz qüdrətindən xəbər verir.

“Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaradıb”, - deyən Elbrus İsayev vurğulayıb ki, Heydər Əliyev siyasətinə sədaqətin, qətiyyətli və məqsədyönlü fəaliyyətin nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu bizə qələbə sevincini yaşatdı. YAP-ın təməl prinsiplərinin formalaşmasının məhz muxtar respublikadan başlanıldığını deyən rektor diqqətə çatdırıb ki, göstərilən yüksək diqqət və qayğı hesabına YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı bu yolda inamla irəliləyir.

Vurğulanıb ki, ali təhsil ocağında da tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması daim diqqətdə saxlanılır.

Tədbirdə YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədovanın “Yeni Azərbaycan Partiyası zərurətdən yaranan və milli tərəqqiyə xidmət edən ümumxalq partiyasıdır”, Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisas üzrə II kurs magistrantı Misirxan Kazımlının “Ölkəmizin uğurlu siyasəti gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşdırıb” adlı çıxışları dinlənilib.

Sonra tələbələrə partiya üzvlüyünə qəbul edilmə vəsiqələri təqdim olunub, YAP-ın 29 illik fəaliyyətini özündə əks etdirən “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli film nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.