REGİONLAR


Naxçıvan Dövlət Universitetində bilik yarışı keçirilib

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən fakültələrarası bilik yarışının qalibləri müəyyənləşib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu cür yarışların universitetdə ənənəvi hal aldığını və tələbələrin intellektual səviyyəsinin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayaraq yarışı açıq elan edib.

Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Ehtiram Əsgərov tələbələri yarışın qaydaları ilə tanış edib.

İki turdan ibarət olan yarışda 10 fakültə iştirak edib. Oyunun qaydalarına əsasən birinci turun yekununda 6 komanda oyunu tərk edib. İkinci tura keçid alan 4 komanda arasında gedən gərgin mübarizənin sonunda tarix–filologiya fakültəsi qalib adını qazanıb. Memarlıq və mühəndislik fakültəsi II, beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə III yerə layiq görülüb.

Qalib komandalar mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.