REGİONLAR


Naxçıvan Dövlət Universitetində voleybol turniri keçirilir

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) fakültələrarası voleybol turnirinə start verilib.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışdan əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bu ali təhsil ocağının idman sahəsində əldə etdiyi uğurlardan danışıb. Qazanılan nailiyyətlər ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirilib.

Universitetin bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubunun sədri Məmmədəli Rəhimov qeyd edib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanır. Bunun üçün universitetdə yaradılan idman klubunda 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlər həm idmanın kütləviliyinin artırılması, həm də yüksək dərəcəli idmançılar hazırlanması məqsədi daşıyır.

Sonra oyunların püşkü atılıb və turnir start götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.