REGİONLAR


Naxçıvan Dövlət Universitetində yeni dərs vəsaitinin təqdimatı olub

Naxçıvan, 13 fevral, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında yeni dərs vəsaitinin təqdimatı keçirilib. “English for pharmacy students” (“Əczaçılıq tələbələri üçün ingilis dili”) adlı dərs vəsaitinin müəllifi ali təhsil ocağının İngilis dili və metodika kafedrasının müəllimi Sərcan Sadiqovadır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərs vəsaitinin təqdimatı zamanı universitetin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli yeni nəşr haqqında danışıb. Bildirib ki, əczaçılığın ən böyük elementlərindən bəhs edən və 65 bölmədən ibarət olan “English for pharmacy students” kitabı mətnlər, lüğətlər, tapşırıqlar və dialoqlar üzərində qurulub. Kitabda əczaçılığın qısa tarixi, dərmanların yan təsirləri, saxta və allerjik dərmanlar, həmçinin bitkilərdən hazırlanan preparatlara və digər maraqlı faktlara nəzər salınıb.

Kitabın müəllifi muxtar respublikada yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.