REGİONLAR


Naxçıvan Dövlət Universitetinin XV Universiadasının açılışı olub

Naxçıvan, 30 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində XV İdman Universiadasının açılışı olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə ali təhsil ocağının fakültə komandaları Orkestr alətləri və dirijorluq kafedrasının “Nəfəs alətləri” orkestrinin səsləndirdiyi musiqi sədaları altında zala daxil olub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev açılış mərasimindəki çıxışında gənc nəslin sağlam böyüməsi və idmana marağının artırılması məqsədilə universitetdə mütəmadi olaraq müxtəlif idman oyunlarının, yarışların təşkil edildiyini bildirib. Qeyd edib ki, “Nəfəs alətləri” orkestrinin idman yarışlarında çıxışı yeniliklərdən biridir.

Universitetdə iki ildən bir universiadaların təşkil edildiyini diqqətə çatdıran Elbrus İsayev vurğulayıb ki, universiada basketbol, voleybol, tennis, stolüstü tennis və digər müxtəlif idman növlərindən ibarət olacaq. Bu il universiadaya yeni təsis edilmiş atıcılıq idman növü də əlavə edilib.

Tədbirdə universitetin Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, karate üzrə dünya ikincisi, Avropa çempionatında III olan Aslan İsmayılov yarışda qazandığı uğurlardan bəhs edib, komandalara uğurlar arzulayıb.

Müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar göstərildikdən sonra fakültələrarası basketbol yarışına start verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.