REGİONLAR


Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd ediblər

Naxçıvan, 26 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə əvvəlcə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq göstərməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı idi. O, dünya dinlərinə bələd olduğu üçün “Şeyx” adlandırılıb, dünyəvi elmlərə ustalıqla yiyələnib. Əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsdən bəhrələnməyi tövsiyə edib.

Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərinin bədii qiraət nümunələrindən ibarət videoçarx nümayiş olunub.

Sonda xarici tələbələr Nizami Gəncəvinin şeirlərini bədii qiraət edib, şairin poemalarından hissələri səhnələşdiriblər.

Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.