REGİONLAR


Naxçıvan Dövlət Universitetinin müəlliminin elmi məqaləsi impaktfaktorlu jurnalda dərc olunub

Naxçıvan, 12 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin İngilis dili və metodika kafedrasının müəllimi Leyla Zeynalovanın “İngilis dilində frazeoloji antonimlərin semantik xüsusiyyətləri” adlı elmi məqaləsi Ukraynanın “İnsan elmləri cari məsələləri” (Humanıtıes scıence current ıssues) adlı impaktfaktorlu jurnalda dərc olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqalədə frazeoloji antonimlər və onların tərifi barədə tədqiqat işlərinə qısa bir baxış verilir və daha sonra frazeoloji antonimlərin təyini üçün istifadə edilə bilən meyarlardan bəhs olunur.

Müəllif yazıb ki, frazeoloji vahidlərdə antonimlər, onlara daxil olan antonimik leksik vahidlərə əsasən öyrənilir. Bunun üçün antonimik leksik cütlüklər götürülür və frazeoloji vahidlər fərqlənir. Araşdırmalar göstərir ki, antonimik leksik vahidlərin inkişafı frazeoloji vahidlərin antonimologiyası üçün ilkin şərt deyil və frazeoloji antonimiya adi məna səviyyəsində ziddiyyətlər əsasında formalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.