ELM VƏ TƏHSİL


Naxçıvan Dövlət Universitetinin qəbul planında III ixtisas qrupu üzrə 38 yer boş qalıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin 2021-2022-ci tədris ili üzrə qəbul planında III ixtisas qrupu üzrə 38 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Naxçıvan Dövlət Universitetində xarici dil müəllimliyi (fransız, alman, rus dilləri üzrə) və tərcümə (ərəb-Azərbaycan, fars-Azərbaycan dilləri) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə təhsil ödənişli və əyani formadadır.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.