REGİONLAR


Naxçıvan Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər

Naxçıvan, 24 noyabr, AZƏRTAC 

Naxçıvan Dövlət Universitetinin baytarlıq ixtisasının V kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində və Baytarlıq laboratoriyasında istehsalat təcrübəsində iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Baytarlıq Xidməti himayəsində olan tələbələrlə növbəti görüş zamanı xidmətin əməkdaşı Flora Səfərova “Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktiki peyvəndləmənin əhəmiyyəti” mövzusunda açıq dərs keçib.

Mərkəzin baytarlıq laboratoriyasının bakterioloji bölməsində infeksion xəstəliklərə görə müayinələrin aparılması prosesini də əyani olaraq izləyən tələbələrə buradakı avadanlıq və cihazların funksiyaları barədə ətraflı məlumat verilib.

Kimyəvi-toksikoloji müayinələr aparılan tədris otağında yerləşdirilən müasir tipli avadanlıq və cihazlarla da tanışlıq zamanı tələbələrə məlumat verilib ki, buradakı aparatlarla balın, südün və kəsmiyin təmizlik dərəcəsini, havadakı radiasiyanı öyrənmək mümkün olur.

Laboratoriyanın bakteriologiya bölməsində patoloji materialların bakterioloji müayinəsi də aparılıb. Keçirilən dərslər, aparılan istehsalat təcrübəsi gənclərdə böyük maraq doğurub.

Tələbələr müxtəlif mövzularda dərsləri dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Sonda onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-də keçirilən istehsalat təcrübəsində Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri iştirak ediblər.

Tələbələr təcrübə zamanı Şahbuz şəhər sutəmizləyici qurğular kompleksində və Şahbuz şəhər təmizləyici qurğularında olublar. Kompleksdə təcrübəli mütəxəssislər tərəfindən suyun təmizlənməsi üçün müasir qurğu və avadanlıqlar haqqında məlumat alan tələbələr çirkab suyun təmizlənməsi prosesi ilə tanış olublar.

Məlumat verilib ki, həmin qurğular yerli və xarici mütəxəssislər tərəfindən qurularaq hazır vəziyyətə gətirilib. Kompleksdən evlərə müasir standartlara cavab verən su xətləri çəkilib, hər bir mənzil üçün su sayğacları quraşdırılıb.

Sonra əhalinin içməli su təminatı, sutəmizləyici qurğular, su anbarlarının tikintisi, avadanlıqların quraşdırılması, iş prosesi zamanı baş verəcək qəzalarla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, istehsalat təcrübəsi yeddi həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.