REGİONLAR


Naxçıvan Dövlət Universitetinin tələbələri muxtar respublikanın müxtəlif məktəblərində pedaqoji təcrübə keçəcəklər

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksəkixtisaslı kadrların hazırlanmasında və gələcəkdə səmərəli fəaliyyət göstərmələrindəki rolundan bəhs edib.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışaraq bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, lazımi avadanlıqlarla təchiz edilərək müəllim və şagirdlərin istifadəsinə verilib.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, ali təhsil ocağının qiyabi şöbəsində 7 şəhər, 4 rayon məktəbi olmaqla, 6 ixtisas üzrə, ümumilikdə, 99 tələbə pedaqoji təcrübəyə başlayıb. Universitetin əyani şöbəsində təhsil alan 382 tələbə muxtar respublikanın müxtəlif məktəblərində pedaqoji təcrübədə olacaqlar. Prorektor kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcrübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda Bolonya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirmə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.