REGİONLAR


Naxçıvan Döyüş Şöhrəti Muzeyində məktəblilərin iştirakı ilə növbəti açıq dərs təşkil olunub

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Naxçıvan Döyüş Şöhrəti Muzeyində Naxçıvan şəhərinin tam orta məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə növbəti açıq dərs təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin hərbi rəhbəri Mirqafar Seyidov “Vətənpərvərlik tərbiyəsi” mövzusunda keçilən açıq dərsdə Vətənə, xalqa, dövlətə sevgi və sədaqətin əhəmiyyətini qeyd edib. Bildirib ki, Vətən müharibəsində böyük zəfər qazanmağımızın əsas səbəblərindən biri də xalqımızda, əsgər və zabitlərimizdə Vətənə sonsuz məhəbbət hissinin olmasıdır.

Açıq dərsdən sonra şagirdlərə muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən silah, texnika və qurğular, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, döyüş-nəqliyyat vertolyotları, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər barədə geniş məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.