Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan: İnnovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan uğurlu islahatlar inkişafın davamlı xarakter almasını təmin edib

Naxçıvan: İnnovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan uğurlu islahatlar inkişafın davamlı xarakter almasını təmin edib

Naxçıvan, 12 avqust, AZƏRTAC

Muxtar respublikada sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi, struktur və institusional islahatların vaxtında aparılması, gəlir gətirən əmək tutumlu sahə və istehsalatların inkişafına dövlət dəstəyinin göstərilməsi yeni-yeni nailiyyətlərin əldə olunmasına yol açır. Bu gün qədim diyarın mərkəzi şəhərlərində və bütün bölgələrində təbii və iqtisadi potensialdan səmərəli istifadə olunur, yeni iş yerləri yaradılır, infrastruktur müasir tələblər səviyyəsində qurulur, sosial rifah səviyyəsi davamlı yüksəldilir, sənaye, aqrar sektor inkişaf etdirilir.

Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən
dövlət siyasəti uğurlu nəticələr verməkdədir

Son dövrlərdə dünyada baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının azalması, erroziya proseslərinin sürətlənməsi, yaranan müharibə ocaqları aqrar sektorun inkişafının əhəmiyyətini, ərzaq təhlükəsizliyi məsələsini daha da qabarıq şəkildə gündəmə gətirir. Ekspertlərin də qeyd etdiyi kimi, bu sahədə ciddi qlobal dalğalanmaların olmasına baxmayaraq, uğurla həyata keçirilən qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə və muxtar respublikamızda istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb.

Bu günədək əkilməyən münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, ucu-bucağı görünməyən meyvə bağlarının salınması, heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı, istixanaların, yeni soyuducu anbarların istifadəyə verilməsi bir daha onu göstərir ki, Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verməkdədir. Təkcə bu ilin ilk altı ayında muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 8 milyon 861 min manat kredit verilib, məhsul istehsalçıları 13 min tondan artıq mineral gübrə ilə təmin olunub. Süni mayalanma işi diqqətdə saxlanılıb, cari ilin altı ayında 5897 baş ana mal və camış mayalandırılıb, 7938 baş cins bala alınıb, fərdi baytarlıq xidmətinə keçid təmin edilib. Arıçılığın inkişafı ilə bağlı işlər də görülüb, arı ailələrinin sayı 100 mindən artıq olub. “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin 6 saylı Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 9 min meyvə, 8 min həmişəyaşıl ting, 5 min meşə ağacı, 12 min bəzək və gül kolları yetişdirilib.

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü layihələrə 1 milyon 36 min manat güzəştli kredit verilib. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min manat dövlət maliyyə dəstəyi də göstərilib. Muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilib.

Taxılçılığın inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır

Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılması diqqətdə saxlanılır. Bu il muxtar respublika üzrə əkin sahələrində aparılmış müşahidələr göstərir ki, taxıl zəmilərində bol məhsul yetişdirilib. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının torpaq balansına əsasən kənd təsərrüfatına yararlı torpaqların 36 faizi, yəni 64 min hektardan çoxu əkin altındadır ki, bunun da 82 faizi - 52 min hektardan çoxu suvarılan sahələrdir. Bu il muxtar respublikanın əkin strukturunda taxıl sahələri ümumi əkilən ərazilərin 52 faizini təşkil edib, taxıl zəmilərindən 107 min 418 ton məhsul götürülüb. Taxılçılığın inkişafına isə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, həm də məhsuldarlığın artırılması yolu ilə nail olmaq lazımdır.

İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirədə bu məsələ diqqət mərkəzində olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: “Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il taxılın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur. Görülən işlərə baxmayaraq, taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır. Bu gün o ölkələr problem yaşayırlar ki, orada ərzaq və enerji təhlükəsizliyi, sabitlik təmin edilməyib. Lakin ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır”.

Ümummilli liderimiz Heydər Əliyevin “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq” fikirlərini xatırladan Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: “Ulu Öndərin tövsiyələrinə uyğun olaraq muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafı bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılmalı, məhsuldarlıq artırılmalıdır. Taxıl istehsalında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, elit və yüksək reproduksiyalı toxumlardan istifadə mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın toxuma olan illik tələbatını müəyyənləşdirməli, “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatlarında və Naxçıvan Toxumçuluq Mərkəzində məhsuldar toxum sortları yetişdirilməli, torpaq mülkiyyətçiləri sertifikatlaşdırılmış toxumlarla təmin olunmalıdırlar”.

Muxtar respublika rəhbəri digər aidiyyəti qurumlara taxılçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib, muxtar respublika üzrə taxıl biçininin gedişi ilə maraqlanıb, “Araz” Elm-İstehsalat Birliyinin əməkdaşlarına təşəkkür edib. Ərazidə sınaqdan keçirilən toxum sortlarına da baxış olub, 0,7 hektar ərazidə 95 toxum sortunun sınaqdan keçirildiyi bildirilib. Ali Məclisin Sədri müşavirənin şəhər və rayonlar üzrə də keçirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada sənayenin inkişafı da diqqət mərkəzindədir

Muxtar respublikada aqrar sektorla yanaşı, sənayenin inkişafı da diqqətdə saxlanılır, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü işlər uğurla davam etdirilir. Sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarım ilində də davam etdirilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılıb, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanıb. Yaradılacaq yeni Duz İstehsalı Müəssisəsi isə geniş istehsal imkanları ilə bu il muxtar respublikada elan edilmiş “Sənaye İli”nə mühüm töhfə olacaqdır.

Bu ilin ilk yarısında muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənayeyönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilib. 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir.

Məhz bütün bunların nəticəsidir ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard 363 milyon manatdan artıq olub. Bunun da 86 faizi özəl bölmənin payına düşüb. Bu ilin altı ayında muxtar respublikada dövlət dəstəyi hesabına 68 layihə üzrə yeni istehsal və xidmət sahəsi yaradılıb. Tikinti-quruculuq işləri də geniş vüsət alıb, 113 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 197 obyektin tikintisi və yenidən qurulması davam etdirilib.

Əhalinin məşğulluğunun təmin olunması istiqamətində
görülən işlərin miqyası genişlənib

Son illərdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərin miqyası genişlənib. Bu ilin altı ayında muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, bunlardan da 215-ni əmək yarmarkalarında işə göndərilənlər təşkil edib. Özünüməşğulluq proqramının tətbiqinə başlanılmasından bu günədək 5126 nəfər ailə üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilib. Cari ildə isə 862 nəfər ailə üzvü olan 182 ailə proqrama cəlb edilib. Həmçinin son dövrdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən digər sahibkarlıq subyektləri də qoşularaq 20 ailənin özünüməşğulluğunun təmin edilməsində sosial tərəfdaş qismində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2021-ci il sentyabrın 23-də Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” yaradılıb. Ötən dövrdə ölkə Prezidentinin Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaiti hesabına 15-i 2022-ci ilin birinci yarısında olmaqla, 43 şəhid ailəsi və sağlamlıq imkanı məhdud müharibə iştirakçısı mənzillə, 16-sı 2022-ci ilin birinci yarısında olmaqla, 44 müharibə iştirakçısı avtomobillə təmin olunub, 4-ü 2022-ci ilin birinci yarısında olmaqla, 21 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanıb, 10-u 2022-ci ilin birinci yarısında olmaqla, 42 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmçinin fondun vəsaitləri hesabına müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 1 nəfərin təhsil haqqı xərci ödənilib.

Ümummilli Liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən hədəflər inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirir

Yuxarıda qeyd olunan bütün faktlar iyulun 16-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qeyd olunub.

Sessiyanın gündəliyində 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələləri verilib.

Ali Məclisin Sədri 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzəsində deyib: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir”.

Ali Məclisin Sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar 2022-ci ilin ikinci yarısında da davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır.

Muxtar respublika rəhbəri qarşıda duran vəzifələrlə bağlı müvafiq qurumlara tapşırıqlar verib, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində bu gün Naxçıvan inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır, daha böyük uğurlara doğru irəliləyir. Ötən ay müəyyənləşdirilən yeni hədəflər, qarşıya qoyulan vəzifələr də bu inkişafın davamlı xarakter almasına hərtərəfli şərait yaradır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Ümummilli Liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən hədəflər ölkəmizdəki inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirəcəkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.

 
Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib