REGİONLAR


Naxçıvan Müəllimlər İnstitutunda Aşıq Ələsgərin 200 illiyi qeyd edilib

Naxçıvan, 24 aprel, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda “Aşıq Ələsgər - 200” adlı elmi-praktik və ədəbi-bədii tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rektor Azad Novruzov ölməz sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığından ətraflı bəhs edib, qüdrətli söz ustadının 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətini vurğulayıb.

Azad Novruzov bildirib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Sədaqət, Vətənə məhəbbət, təbiətə vurğunluq onun yaradıcılığının məğzini təşkil edir.

Sonra institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yusif Səfərov “Aşıq Ələsgərin Naxçıvan səfəri”, dosent Fəxriyyə Cəfərova “Aşıq Ələsgər yaradıcılığının dil və üslub xüsusiyyətləri”, Afət Həsənova “Aşıq Ələsgər haqqa qovuşan sənətkar” mövzularında çıxış ediblər.

Tədbir tələbələrin təqdimatında ədəbi–bədii hissə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.