REGİONLAR


Naxçıvan Müəllimlər İnstitutunda kitabbağışlama kampaniyasına start verilib

Naxçıvan, 12 aprel, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda “Biz kitabxanamıza kitab hədiyyə edirik” devizi altında ali təhsil müəssisəsi əməkdaşları tərəfindən institutun kitabxanasına kitabbağışlama kampaniyasına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kampaniya çərçivəsində ilk olaraq biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov şəxsi kitabxanasından institutun kitabxanasına 200-dən artıq qiymətli elmi və tədris ədəbiyyatı, o cümlədən öz müəllifliyi ilə institutun profilinə uyğun 5 dərslik, 15-dək dərs və metodik vəsait, habelə digər görkəmli alim-pedaqoqların müəllifliyi ilə 25-dən çox dərslik və digər elmi, tədris vəsaitləri hədiyyə edib.

Bununla bağlı keçirilən tədbirdə institutun rektoru, dosent Elbrus İsayevin, Asif Axundovun, kitabxana müdiri Şəfayət Sadiqovanın, Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın və Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aysu Hətəmovanın çıxışları olub. Bildirilib ki, bu kampaniya müasir dövrümüzdə kitab və mütaliənin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonra Asif Axundov institutun rektoru tərəfindən mükafatlandırılıb.

Sonda kitabxanaya təqdim edilən kitablardan hazırlanmış guşəyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.