SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib və Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirib.

Səfir Eqidius Navikas Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu ifadə edib, Litva və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.